UEFA Avro 1976

UEFA Avro 1976
44°49′11″ şm. e. 20°27′57″ ş. u.
Yarış məlumatları
Ev sahibi Yuqoslaviya Yuqoslaviya
Tarix 16-20 iyun 1976
Başlama tarixi 16 iyun 1976
Bitmə tarixi 20 iyun 1976
Komanda sayı 4
Yekun nəticəsi
Çempion  Çexoslovakiya
İkinci  Almaniya
Üçüncü yer  Niderland
Dördüncü yer  Yuqoslaviya
Yarış statistikası
Oyun sayı 4
Qol sayı 19 (matç başına: 4.75)
Tamaşaçı sayı 106087 matç başına: 26522
Mükafat sahibləri
Bombardir(lər) Almaniya Diter Müller (4 qol)
1972
1980
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbol üzrə 5-ci Avropa çempionatı — final turniri 1976-cı il 16-20 iyun tarixində Yuqoslaviyanın Belqrad və Zaqreb şəhərlərində keçirilən futbol yarışı.

Bu çempionatın qalibi adına Çexoslovakiya millisi layiq görülmüşdür. Finalda həlledici qol 11 metrlik cərimə zərbələri zamanı Antonin Panenkanın vurduğu top olmuşdur. Sonralar bu cür vurulan 11 metrlik cərimə zərbələri "Panenkasayağı zərbə" adlanmışdır. UEFA Avro 1976-nın final turniri dörd oyundan - iki 1/2 oyunundan, üçüncü yer uğrunda oyundan və final oyunundan ibarət olan sonuncu turnir idi.

Maraqlıdır ki, final turnirindəki hər dörd oyunda əlavə vaxt təyin edilmişdir. UEFA Avro 1976-nı bir növ sensasiyalı çempionat da adlandırmaq olar. İtaliya, İspaniya, İngiltərə, Fransa, Macarıstan, PolşaSSRİ kimi güclü milli komandalar final turnirinə düşə bilməmişlər. O illərdə Macarıstan və Polşa milliləri güclü komandalar hesab edilirdi. Hətta Polşa millisi FİFA Dünya Kuboku 1974-ün bürünc mükafatçısı idi.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search